Ceyhun Bayramov

Ceyhun Bayramov "Chatham House"da sülh gündəliyi barədə MƏLUMAT VERDİ – FOTO  

Hazırda oxunan: Ceyhun Bayramov "Chatham House"da sülh gündəliyi barədə MƏLUMAT VERDİ – FOTO  

142795

İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib. 

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Azərbaycan-Birləşmiş Krallıq münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar və digər məsələlər müzakirə olunub. 

Ceyhun Bayramov tədbir zamanı iştiraçıları maraqlandıran sualları cavablandırıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO