Azərbaycanın XİN başçısı albaniyalı həmkarı ilə enerji sahəsindəki perespektivləri müzakirə edib

Azərbaycanın XİN başçısı albaniyalı həmkarı ilə enerji sahəsindəki perespektivləri müzakirə edib

Hazırda oxunan: Azərbaycanın XİN başçısı albaniyalı həmkarı ilə enerji sahəsindəki perespektivləri müzakirə edib

142631

21 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

Görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib. 

Ceyhun Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb. 
Tərəflər həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO