Düşmənlərə TARİXİ XƏBƏRDARLIQ - Hava məkanımıza qardaş ölkə ilə birgə NƏZARƏT EDİLƏCƏK

Düşmənlərə TARİXİ XƏBƏRDARLIQ - Hava məkanımıza qardaş ölkə ilə birgə NƏZARƏT EDİLƏCƏK

Hazırda oxunan: Düşmənlərə TARİXİ XƏBƏRDARLIQ - Hava məkanımıza qardaş ölkə ilə birgə NƏZARƏT EDİLƏCƏK

142590

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq genişlənir. Verilən məlumata görə, Türkiyə və Azərbaycan ortaq “HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi layihəsini həyata keçirir. 

Bu barədə mətbuata məlumat verən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün layihənin detallarını da açıqlayıb.

O qeyd edib ki, “HAKİM” Hava Komandanlıq və İdarəetmə Sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən kritik layihələrindən biridir:

“Bu layihə ilə hər iki ölkənin hərbi-hava qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. Bu səbəbdən də sözügedən layihənin şüarını Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdıraraq “İki dövlət, bir millət, bir hava məkanı” kimi qoymuşuq”.

Haluk Görgün onu da vurğulayıb ki, bu layihə tam reallaşdıqda, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.

“HAKİM” Hava Komandanlıq İdarəetmə Sistemi, müxtəlif növ və qabiliyyətlərə malik olan sensorlardan aldığı məlumatları qiymətləndirərək müəyyən edilmiş hava şəklini (rəsmini) yaradır. Bundan əlavə, “HAKİM” təhdidlərin qiymətləndirilməsi alqoritmləri ilə Silah Sistemləri və Döyüş Təyyarələri üzərində Hava Missiyasına Nəzarət fəaliyyətlərini həyata keçirən, hava məkanına nəzarət fəaliyyətlərini operativ səviyyədə yerinə yetirmək imkanı verən milli hava komandanlığı idarəetmə sistemidir.

Bizim.Media-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, hava məkanlarına birgə nəzarətlə iki qardaş ölkə bir-birinə olan təhlükələrə qarşı mübarizədə vahid mövqedən çıxış edəcəklər: 
 

MÖVZU İLƏ BAĞLI:

Sülh danışıqlarının yeni mərhələsi ABŞ-da baş tutacaq - Dövlət Departamenti


“Azərbaycanla Türkiyə arasında dünyada analoqu olmayan müttəfiqlik münasibətləri var. Məlum Şuşa bəyannaməsi də bunu bir daha təsdiqləyib. Hava məkanın iki qardaş ölkə tərəfindən birgə nəzarəti fonunda Türkiyənin düşməni qarşısında Azərbaycanı, Azərbaycanın düşməni də qarşısında Türkiyəni görəcək. 

Ətrafımızda cərəyan edən geosiyasi oyunlar Türkiyə Azərbaycan müttəfiqliyinin bir qədər də eskalasiyasını tələb edir. Ona görə də hər iki ölkə başçısı zərurəti dərk edərək, vahid yumruq halında təhlükələrə sinə gəlməyi qət ediblər və bunu praktik addımlarla da sübut edirlər”. 

Ekspert qeyd edir ki, hava məkanına birgə nəzarətlə artıq vahid yumruq mexanizmi gerçək mənada işə düşür:

“Hesab edirəm ki, bu məsələyə gələcəkdə digər türk dövlətləri də maraq göstərəcək. Digər türkdilli ölkələrin də vahid güc halına gətirilməsi istiqamətində məhz Bakı-Ankara tandemi örnək olacaq. Belə olan halda Bakı ilə Ankara arasında hava məkanına birgə nəzarət orta perspektivdə türk dövlətlərinin vahid yumruq halına gəlməsinə xidmət edəcək”. 

Bu addım həmsöhbətimizə görə, həm də Azərbaycan və Türkiyə üçün təhlükə mənbəyi sayılan qüvvələr üçün də ciddi xəbərdarlıqdır:

“Hesab edirəm ki, bu reallığı həmin qüvvələr dərk edərək, mövcud reallıqla hesablaşmalı olacaqlar. Beynəlxalq güclər Ankara-Bakı tandemilə hesablaşmaq məcburiyyətində qalacaqlar”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO