Sahil Babayev alman səfirlə görüşdü

Sahil Babayev alman səfirlə görüşdü

Hazırda oxunan: Sahil Babayev alman səfirlə görüşdü

14249

Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu nazir Sahil Babayev Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volqanq Maniq ilə görüşündə bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

''Ölkədə əmək haqlarının davamlı artımına nail olunub'' - Nazir - FOTO


Ölkəmizdə aparılan sosial islahatlar barədə səfiri məlumatlandıran S.Babayev sosial sahədə Almaniya ilə əməkdaşlıq əlaqələrindən bəhs edib. 

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında hələ 2008-ci ildə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Ona görə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yenilənməsi və genişləndirilməsi arzuolunandır.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığı ilə ölkəmizdə Almaniyanın "Ottobock SE &Co” şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub.

Müharibədə yaralanmış qazilərimizin ötən ilin dekabrından həmin müasir elektron protezlərlə təminatına başlanıb. Ümumilikdə ölkədə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

Səfir V.Maniq ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Görüşdə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi layihə çərçivəsində əməkdaşlıqdan bəhs olunub.

Yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi, məşğulluq, aktiv məşğulluq tədbirlərinin təşkili, peşə hazırlığı və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO