YAP Gənclər Birliyində nə baş verir? – ÖZƏL

YAP Gənclər Birliyində nə baş verir? – ÖZƏL

Hazırda oxunan: YAP Gənclər Birliyində nə baş verir? – ÖZƏL

14221

Yeni Azərbaycan Partiyasının VII qurultayında müxtəlif dəyişikliklər olsa da, yeniliklər hakim partiyanın Gənclər Birliyini əhatə etməyib. Belə ki, YAP Gənclər Birliyinin sədri hələ də ötən il Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Seymur Orucovdur.

Bu fakt Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsində də öz əksini tapıb.

Məsələyə aydınlıq gətirmək üçün Bizim.Media millət vəkili, YAP-ın İdarə Heyətinin üzvü Ramin Məmmədovla əlaqə saxladı. YAP-çı deputat bildirdi ki, partiyanın ümumi fəaliyyəti ilə bağlı bəzi dəyişikliklər nəzərdə tutulub.
 

MÖVZU İLƏ BAĞLI:

3 ay müddətində YAP-ın yeni fəaliyyət proqramı hazırlanacaq - İdarə Heyətinin üzvü


Yeniliklər YAP nizamnaməsində planlaşdırılan dəyişiklikləri və rəhbər strukturlara seçkilərin keçirilməsini də əhatə edəcək: 

“Prezident İlham Əliyev YAP İdarə Heyətinə tapşırıq verib ki, 3 ay müddətində fəaliyyət proqramı hazırlanıb, təqdim olunsun. 

Düşünürəm ki, həm İdarə Heyəti, həm də Mərkəzi Aparatın rəhbərliyi tərəfindən Gənclər Birliyinin fəaliyyətinin gücləndirilməsi, çoxşaxəli işin qurulması istiqamətində düzəlişlər, korrektələr olunacaq. 

Bununla bağlı hələki heç bir qərar qəbul yoxdur. Amma yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək”,- deyə Ramin Məmmədov sualımıza cavabını yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO