“Yeni müharibə olarsa, Ermənistanın ordusu qalmayacaq” – İqor Korotçenkodan ÖZƏL AÇIQLAMA

“Yeni müharibə olarsa, Ermənistanın ordusu qalmayacaq” – İqor Korotçenkodan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Yeni müharibə olarsa, Ermənistanın ordusu qalmayacaq” – İqor Korotçenkodan ÖZƏL AÇIQLAMA

142178

“Rusiya həmişə məsələni həll edən tərəf rolunda çıxış edir. Buna misal kimi 2020-ci ildə imzalanan üç tərəfli bəyanatı göstərmək olar.  Rusiya hər zaman çalışır ki, bu məsələni sülh yolu ilə həll etsin. Son zamanlar Ermənistanın mövqeyini dəyişməsi də hiss edilir. Onun Rusiyaya qarşı da öz mövqeyini dəyişdiyi hiss olunmaqdadır. Hətta Ermənistan Rusiyaya qarşı düşmən mövqeyindən çıxış edir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistandan növbəti TƏXRİBAT HAZIRLIĞI - “Yaxın saatlarda...”


Son günlər Azərbaycan və Ermənistan arasında atəşkəsin tez-tez pozulmasını şərh edən Korotçenko, bunun Ermənistandan qaynaqlandığını bildirib. 

Hətta İrəvanın Kremlə qarşı münasibətinin dəyişdiyinə diqqət çəkən politoloq, artıq ermənilərin Rusiyanı düşmən kimi gördüyünü qeyd edir:

“Buna misal olaraq erməni politoloqların bəyanatlarını göstərmək olar. Hansı ki, bu bəyanatlara qarşı Rusiya Xarici İşlər Naziriliyi də reaksiya vermişdi. Hazırki məqamda Ermənistan tərəfindən belə bir təxribatın törədilə biləcəyi gözlənilən idi. Çətinliklə də olsa, sülh müqaviləsinin bağlanılması istiqamətində mühüm addımlar atılır. Həmçinin mühüm nəqliyyat infrastrukturunun açılması üçün də zəruri addımların atılması istiqamətində işlər aparılır.  O da məlumdur ki, ermənilər revanş istəyirlər. Onlar öz himayədarlarının artıq Rusiya yox, Qərb və ABŞ olmaları istiqamətinə yönəlirlər”.

Ermənistanın təxribatlarda əsas hədəfinin Zəngəzur dəhlizinin açılmasının və sülh müqaviləsinin gecikdirilməsinə diqqət çəkən Korotçenko, Azərbaycanın hərbi baxımdan hərəkətə keçməli olduğunu düşünür:

“Mən düşünürəm ki, baş verən və ya baş verə biləcək təxribatlar sülh müqaviləsi istiqamətində aparılan işlərin axsadılmasına gətirib çıxarır. Həmçinin burada görünür ki, Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasında da maraqlı deyil. Buna görə də, Ermənistanın bu hərəkətlərinə görə, Azərbaycan tərəfi mühüm addımlar atmalıdır. Bu addımlar həm siyasi, həm də yeri gəlsə, hərbi mahiyyətli olmalıdır. Rusiyanın mövqeyinə gəldikdə isə Rusiya hər zaman öz mövqeyində durur və məsələni həll etmək istiqamətində maraqlıdır. Burada, yəni məsələninin həllində  nəyinki tək Rusiya, Azərbaycan da maraqlıdır. Əslində Ermənistanın özü də sülh üçüm maraqlı olmalıdır”.

Politoloq əlavə edib ki, əgər regionda yeni müharibə olarsa, Ermənistan ordusunun varlığını qoruyacağından söhbət gedə bilməz:

“Mən deməzdim ki, müharibə başlamaq üzrədir. Məncə Ermənistan bu dəfə müharibəyə girişməz. Əgər müharibə olarsa, bu səfər Ermənistan ordusundan əsər-əlamət qalmayacaq. Yəni Ermənistan ordusunun aqibəti 2020-ci ildəkindən daha “katostrofik” olacaq. Hansı ki, o zaman Ermənistan 3 tərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Düzdür, burada Ermənistanın yeni himayədarlarının, yəni ABŞ, Avropa Birliyi, Fransanın Ermənistanı yeni müharibəyə sürüklədiyi görünür. Ancaq burada Azərbaycan öz rolundan dönməli deyil və barıtı hər zaman quru saxlamalıdır. Və azərbaycan tərəfi elə addımlar atmalıdır ki, bu Azərbaycanın adına xələl gətirməsin”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO