Ermənistandan növbəti TƏXRİBAT HAZIRLIĞI - “Yaxın saatlarda...”

Ermənistandan növbəti TƏXRİBAT HAZIRLIĞI - “Yaxın saatlarda...”

Hazırda oxunan: Ermənistandan növbəti TƏXRİBAT HAZIRLIĞI - “Yaxın saatlarda...”

142159

Son məlumatlara görə, Ermənistan ordusu Azərbaycanla sərhəddə 1-ci dərəcəli hazırlıq vəziyyətinə gətirilib. Avropa İttifaqının müşahidəçiləri də ərazidən uzaqlaşdırılıb. 

Qeyd edək ki, son zamanlar erməni təxribatları xeyli artıb. Bu təxribatlar Kəlbəcər, Laçın, Naxçıvan istiqaməti, həmçinin Qarabağda baş verib. Sülh müqaviləsinin imzalanması yolunda atılan addımlar fonunda görünən odur ki, sərhəddə vəziyyət gərginləşməyə doğru gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ordumuzun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat yalandır" - MN


Bu gərginləşmə fonunda görəsən, növbəti toqquşma qaçılmazdırmı? 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Ermənistanın Azərbaycanla şərti sərhədlər boyunca yerləşən qoşunlarına 1 nömrəli hazırlıq vəziyyəti elan etməsi yaxın günlər, bəlkə də yaxın saatlarda İrəvanın daha geniş miqyaslı təxribatlara yol verəcəyi və eskalasiyanı mümkün qədər daha geniş ərazilərə yayacağı ehtimalını irəli sürməyə imkan verir: 

“Laçın sərhəd keçid məntəqəsi qurulandan sonra Ermənistan tərəfi 30 dəfəyə qədər atəşkəs pozuntusuna yol verib. Azərbaycanın dövlət sərhəd xidmətinin hərbi qulluqçusunun yaralanması da məhz erməni ordusunun sərhəd istiqamətində atəşkəsi pozması nəticəsində baş verib. 

Belə olan halda erməni tərəfinin bitməyən təxribatları yaxın perspektivdə geniş miqyaslı toqquşmaların baş verə biləcəyi ehtimalını irəli sürməyə əsas verir. Azərbaycan davamlı olaraq, birtərəfli qaydada sülh barədə təkliflər verə bilməz. 

Sülhə nail olmaq üçün ən azından Ermənistan tərəfinin də bu məsələdə səmimi olması lazımdır. Lakin Ermənistan hakimiyyətinin verdiyi bəyanatlarda tam fərqli mövqeyi müşahidə edirik. Bu isə məğlub və məzlum durumda olan Ermənistan üçün yaxşı heç nə vəd etmir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO