Ermənistan təxribatlara yenidən start verib. Son 2 gündə bir çox istiqamətlərdən mövqelərimiz atəşə tutulub.
Ən əsası ötən gün Laçın nəzarət-buraxılış məntəqəsində (NBM) Azərbaycanın dövlət bayrağını ucaldan sərhədçilərimiz atəşə tutulub.
Nəticədə, bir sərhədçimiz yaralanıb.
Bu hadisə həm Rusiyada, həm də Ermənistanda ciddi müzakirələrə yol açıb. Rusiyanın bir sıra nüfuzlu teleqram kanalları Ermənistanı sərt tənqid edib. Rəsmi İrəvanın ikili oyununu və Rusiyaya qarşı səmimi olmadığını dilə gətirən rus təhlilçiləri ermənilərin Laçın NBM-də əslində Azərbaycan sərhədçilərini yox, Rusiya sülhməramlılarını hədəfə aldıqlarını dönə-dönə qeyd edirlər.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı
Nikol Paşinyansa ötən gün parlamentdəki çıxışında bildirib ki, “bizim ən böyük səhvimiz orduya bu qədər güvənməyimizdir”. Bütün bunlardan hasil olan nəticə odur ki, təmas xəttində baş verənlər rəsmi İrəvanın iradəsi xaricindədir.
Bunun da bir sıra səbəbləri var:
Birincisi, Azərbaycanla Ermənistan arasında gedən danışıqlar sülh prosesinin intensivləşməsi həm Rusiyanı, həm də Ermənistandakı rusiyapərəst qüvvələri ciddi narahat edir. Bu təxribatın məhz sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyinə yüksək əminlik var.
İkincisi, Paşinyan hələ də Ermənistandakı hərbi müxalifəti zərərsizləşdirə bilməyib. Genaralitet Paşinyanı hələ də qəbul etmir. Baxmayaraq ki, 2 il əvvəl Paşinyan ən yaxın adamlarından olan mülki vətəndaş Suren Papikyanı Müdafiə naziri təyin etdi. Bununla belə ordudadkı narazı qüvvələri Paşinyan neytrallaşdıra bilmir. Nəzərə alaq ki, erməni generalitet birbaşa Rusiya xüsusi xidmət orqanlarına bağlıdır. Çünki, onların tam əksəriyyəti Rusiya hərbi məktəblərinin məzunlarıdır.
Üçüncüsü, Rusiyaya bağlı müxalif qüvvələr bu cür təxribatlarla Paşinyanın sonunu gətirməyə çalışırlar. Təsadüfi deyil ki, bu günlərdə erməni müxalifət liderlərindən biri Armen Aşotyan Paşinyanın göstərişi ilə həbs edilib.Bu da onu göstərir ki, Paşinyan Rusiya meyilli müxalifəti tam zərərsizləşdirmək istəyir. Baxmayaraq ki, Paşinyanın buna nail olacağı o qədər də inandırıcı görünmür.
Dördüncüsü, Qərb bu təxribatlarda maraqlıdır. Fikir verəndə görürük ki, təxribatlar təkcə sərhədlərdə deyil, həm də Rusiya sülhməramlılarının nəzarət zonasında da törədilir. Bu cür təxribatla Qərb sübut etməyə çalışır ki, rus sülhməramlıları öz vəzifələrini lazımı səviyyədə icra edə bilmirlər. Və regiona Qərb sülhməramlılarının gətirilməsi daha məqsədəuyğundur. Əslində Paşinyan da buna isti baxır.
Beşincisi, İran təxribatların tezliklə qanlı mühribəyə çevrilməsini istəyir. Rəsmi Tehran Azərbaycanın uzunmüddətli münaqişəyə cəlb edilməsi üçün bütün imkanlardan istifadə edir.
Altıncısı, son zamanlar Qarabağda yaşayan erməni əhalinin Azərbaycana reinteqrasiyası üçün yaxşı zəmin yaranmışdı. Bu isə ilk növbədə Rusiya sülhməramlıları və “Qarabağ klanı” üçün arzuolunmaz ssenaridir. Ona görə, reinteqrasiya istiqamətində irəliləyiş, bu qüvvələrin təsir imkanlarını minimuma endirir.
Bütün bu səbəbləri nəzərə alsaq Ermənistanı təxribatlara və hətta müharibəyə təhrik edən kifayət qədər xarici qüvvələrin olduğunu görərik.
Ermənistan da böyük güclərin regiondakı maraqlarından öz maraqları üçün istifadə etmək istəyir. Çünki, ermənilər tarix boyu kimlərinsə qoltuğuna qısılaraq yaşayıb. İndiki məqamda da ermənilər adlarını çəkdiyimiz dövlətlərdən daha çox pay qopartmaq üçün istənilən təxribata getməyə hazırdırlar. Hətta sülh sazişi olsa belə ermənilər bu cür təxribatları davam etdirəcəklər. Çünki, ermənilərin “çörəyi” başqalarına maşa olmaqdan çıxır.
Lakin Ermənistanın təxribat cəhdlərini heç vaxt fayda verməyib, indi də verməyəcək.
Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar və Laçın nızarət-buraxılış məntəqəsindən keçid dayandırılıb. Azərbaycan baş vermiş terrorda əli olanların tapılması və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri görəcək.
Surxay Atakişiyev, Bizim.Media