İqbal Ağazadə siyasətdən gedir? – Özündən AÇIQLAMA

İqbal Ağazadə siyasətdən gedir? – Özündən AÇIQLAMA

Hazırda oxunan: İqbal Ağazadə siyasətdən gedir? – Özündən AÇIQLAMA

141711

“Hələki siyasətdən getmək fikrim yoxdur”.

Bunu Bizim.Media-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O bildirib ki, sabah partiyamızın qurultayı keçiriləcək:
 

MÖVZU İLƏ BAĞLI:

“Ümid” partiyasında parlamentlə bağlı təcili TOPLANTI – İqbal Ağazadə detalları AÇIQLADI 


“Qurultayda əsasən Partiyamızın fəaliyyətinin “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğunlaşdırılması məsələsi müzakirə ediləcək. Və təbii ki, təşkilati məsələlərə baxılacaq, yeni rəhbər orqan formalaşacaq”.

İqbal Ağazadə yenidən partiya sədri olmaq məsələsindən də danışıb:

“Hər şey qurultayın gedişatında məlum olacaq. Bu gün konkret nəsə deyə bilmərəm. Hər şey sabahkı proseslərin gedişatından və partiya üzvlərinin iradəsindən asılıdır. Amma mən hələ siyasətdən getmək haqqında düşünmürəm”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO