Azərbaycana qarşı böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyəti arqumentlərlə susdurulub - FOTO 

Azərbaycana qarşı böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyəti arqumentlərlə susdurulub - FOTO 

Hazırda oxunan: Azərbaycana qarşı böhtanlarla çıxış edən Ermənistan nümayəndə heyəti arqumentlərlə susdurulub - FOTO 

141633

İyunun 13-15-də Mərakeş Krallığının Mərakeş şəhərində “Ümumi gələcəyimiz naminə əməkdaşlıq edək” mövzusunda Dinlərarası dialoq üzrə Parlament konfransı keçirilib. Konfrans Parlamentlərarası İttifaq və Mərakeş Krallığı Parlamenti tərəfindən, Sülh Naminə Dinlər Təşkilatının əməkdaşlığı, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının və Məhəmmədiyyə Din Alimləri Liqasının dəstəyi ilə təşkil olunub. 

Bizim.Media xəbər verir ki, konfransda ölkəmizi Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Ceyhun Məmmədov, Mahir Abbaszadə və ölkəmizin Mərakeş Krallığındakı səfiri Nazim Səmədov təmsil ediblər. 

Konfransın açılış sessiyasında Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, baş katibi Martin Çungong, Mərakeş Parlamentinin Məsləhətçilər Palatasının sədri Naam Miyara çıxış edib, Krallıq Parlamenti Nümayəndələr Palatasının sədri Rəşid Talbi Əl Aləmi isə Mərakeş Kralı VI Məhəmməd tərəfindən ünvanlanmış məktubu oxuyub. 
“Parlamentlər və dini liderlər: dialoqu təşviq etmək, ümumi gələcəyimiz naminə birgə işləmək” adlı ümumi iclasda Milli Məclisin sədrinin müavini Adil Əliyev çıxış edib. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edən natiq, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı hörməti və əməkdaşlığının, tolerantlıq ideyalarının dayandığını bildirərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Bundan əlavə, iştirakçılara “Bakı prosesi” və sivilizasiyalar və mədəniyyətlər arasında dialoqun genişləndirilməsinə dair ölkəmizdə keçirilən çoxsaylı mötəbər tədbirlərə dair geniş məlumat verilib. 

A.Əliyev çıxışının mühüm hissəsini Ermənistanın işğalının nəticələri, soydaşlarımızın torpaqlarından qovulması, onlara qarşı soyqırımının həyata keçirilməsi, tarixi-dini abidələrimizin və məscidlərin dağıdılması mövzusuna həsr edib. Həmçinin 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımızın azad edilməsindən sonra erməni barbarlığının nəticələrinin açıq-aydın surətdə üzə çıxdığını bildirib, o cümlədən mövcud olan 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılması faktını xüsusi olaraq vurğulayıb. 

Bütün bunlara rəğmən ölkəmizin sülh sazişinin imzalanması istiqamətində fəal çalışdığını, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesə əngəl törətdiyini, başda katolikos II Qaregin olmaqla, Ermənistanda revanşist qüvvələrin azərbaycanafob çağırışlar edərək, sülh danışıqlarına maneə törətdiyini qeyd edib. 
Konfransın növbəti günü müzakirələr “Müxtəlif dünyəvi sistemlərdə din və inanc: Dünyanın hər yerindən nümunələr” və “Qanunun aliliyinin təşviqi üçün birgə işləmək: Yaxşı təcrübələr və problemlər” adlı panellərdə davam edib. Bu panellərdə Ermənistan nümayəndə heyəti öz ənənəsinə sadiq qalaraq və konfransın ümumi mövzusu ilə heç cür əlaqələndirilməmiş formada, Azərbaycana qarşı böhtan dolu çıxış edərək, ölkəmizin Ermənistana təcavüz etdiyini iddia edib.

Buna cavab olaraq deputat Ceyhun Məmmədov Ermənistanın 30 il torpaqlarımızı işğal altında saxladığını, 67 məsciddən 65-ni barbarcasına dağıtdığını, təkcə müsəlmanlara məxsus abidələri deyil, kilsələri də məhv etdiyini bildirib, məhz Ermənistanın sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayındığını diqqətə çatdırıb.

Konfrans çərçivəsində bundan sonra da Ermənistan nümayəndə heyəti dəfələrlə təxribat xarakterli çıxışlar edib, lakin hər dəfə Azərbaycan nümayəndə heyəti tərəfindən bu böhtan və iftiralar arqumentlərlə ifşa olunub. 
Konfransın gedişində Azərbaycan nümayəndə heyəti tərəfindən Mərakeş Parlamentinin Nümayəndələr Palatasının sədri Rəşid Talbi Əl Aləmi, Məsləhətçilər Palatasının sədri Naam Miyara, Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, Tanzaniya Milli Assambleyasının sədri Tulia Akson və Qambiya Milli Assambleyasının sədri Fabakari Tombong Catta ilə ikitərəfli görüşlər keçirilib və bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 

Sonda konfransın yekun sənədi qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO