Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərinə səfərə gedib.
Bizim.Media xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.
O, şəhərdən paylaşdığı fotoları “Qafqazın tacı, mədəniyyət və tarixin qovuşduğu yer, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa” sözləri ilə şərh edib.
Qeyd edək ki, bu gün "Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının ikinci ildönümüdür. Şuşa Bəyannaməsi 2021-ci ilin iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Kafkasların tâcı,
— Cahit Bağcı (@cahitbagci) June 15, 2023
Medeniyet ve tarihin kesiştiği yer, Azerbaycan’ın medeniyet payitahtı,
Karabağ’ın incisi #Şuşa
? pic.twitter.com/3ur7XRxRjT
Bizim.Media