Ərdoğan: “Can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir

Ərdoğan: “Can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir"

Hazırda oxunan: Ərdoğan: “Can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir"

141527

“Bir millət, iki dövlət şüarı ilə hərəkət etdiyimiz can Azərbaycanla münasibətlərimiz bütün dünyada qibtə ilə izlənilir". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib. 

"Azərbaycan nə vaxt dara düşsə, ilk yardıma qaçan biz olmuşuq. Bizim də nə vaxt ehtiyacımız olsa, azərbaycanlı qardaşlarımızı yanımızda görmüşük. Əsrin fəlakəti olan 6 fevral zəlzələlərində küçədəki vətəndaşından dövlət başçısına qədər Azərbaycanın sərgilədiyi mövqeni əsla unutmayacağıq.  

İlham qardaşımın (Azərbaycan Prezidenti-red.) bütün proseslərdə bir an belə əsirgəmədiyi mənəvi dəstəyi ürəyimizin başındadır. 
Avtomobilinin üzərinə varını-yoxunu yığaraq yollara düşən, qızının cehizini zərər çəkənlərə bağışlayan, bizimlə sevinib, bizimlə ağlayan böyük ürəkli insanları daim şükürlə və ehtiramla yad edəcəyik", - deyə Ərdoğan qeyd edib. 

Türkiyə lideri ölkəmizə son səfərini də xatırladıb:

"Azərbaycan ziyarətimizə dövlətimizin öhdəliklərindən kənarda bir təşəkkür borcunun ifadəsi olaraq da baxırıq. İlham Əliyev qardaşımla etdiyimiz söhbətlərdə ikitərəfli əlaqələri hər sahədə inkişaf etdirəcək bir çox önəmli qərarlar verdik. Ticarət həcmimizi 15 milyard dollara çıxarmağı ortaq hədəf olaraq müəyyən etdik. İki lider olaraq, xüsusilə, Türkiyə-Azərbaycan Universitetinin qurulmasına böyük önəm veririk". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO