Azərbaycanda Milli Qurtuluş günüdür

Azərbaycanda Milli Qurtuluş günüdür

Hazırda oxunan: Azərbaycanda Milli Qurtuluş günüdür

141516

Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür. 

Bizim.Media xatırladır ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. 

İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedir, erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdır. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.  
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalqın təkidi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi və qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.  

Milli Məclisin qərarı ilə 1997-ci ilin iyunundan etibarən iyunun 15-i - Milli Qurtuluş günü elan edildi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO