Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO 

Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO 

Hazırda oxunan: Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər - VİDEO 

141420

Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat şəkildə keçid edirlər. 

Bizim.Media xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin sənədləri yoxlandıqdan sonra onların təhlükəsiz şəkildə keçidi təmin olunur. 

“Laçın” sərhəd-buraxılış məntəqəsi bütün müasir texnologiyalarla təchiz olunduğundan, ən müasir texnoloji yeniliklərdən istifadə edilməklə Qarabağın erməni sakinlərinə sürətli və operativ xidmət göstərilir. 
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub.

Sərhəd-buraxılış məntəqəsindəki proseslə əlaqədar son görüntüləri təqdim edirik:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO