Naftalan Xorvatiya şəhəri ilə Xartiya İMZALADI - FOTO 

Naftalan Xorvatiya şəhəri ilə Xartiya İMZALADI - FOTO 

Hazırda oxunan: Naftalan Xorvatiya şəhəri ilə Xartiya İMZALADI - FOTO 

141369

Xorvatiya Respublikasının İvaniç-Qrad şəhəri və Naftalan şəhəri arasında əməkdaşlıq Xartiyası imzalanıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Naftalan şəhər icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti və tədbir iştirakçıları tərəfindən Xorvatiya Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.

Sonra İvaniç-Qrad Şəhər Şurasının böyük zalında baş tutan 200 nəfər iştirakçının və şəhər aktivinin qatıldığı rəsmi tədbirdə Naftalan nümayəndə heyəti – ŞİH başçısı Vüqar Novruzov və ŞİH-nin Sektor müdiri Ülfət Əliyev, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasov iştirak ediblər.
Hər iki şəhər arasında dostluq və əməkdaşlıq haqqında Xartiya imzalanıb. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Leš imzalayıb. 

Xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turistik əlaqələrin inkişafına və hər iki dost şəhərin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcəkdir. İmzalanmadan sonra hər iki şəhər rəhbəri çıxış edib, qarışılıqlı hədiyyələr təqdim edilib. 

Günün sonunda keçirilən ikitərəfli görüşdə Naftalan ŞİH başçısı, İvaniç-Qrad şəhərinin meri, Zaqreb regional əyaləti rəhbərinin müavini Ervin Kolarec, Səhiyyə, Sosial Rifah və Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Ćulyak iştirak ediblər.

Görüşdə Xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacağı vurğulanıb. 

Həmçinin görüşdə Naftalan və İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunub. Sonda İvaniç-Qrad şəhərinin meri və nümayəndə heyəti Azərbaycana, Naftalan şəhərinə dəvət olunublar.

İcra hakimiyyətindən o da əlavə olunub ki, Naftalan şəhərini bundan öncə daha müxtəlif dörd ölkə şəhərləri ilə imzalanmış qardaşlıq, tərəfdaşlıq əlaqələri birləşdirir. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO