Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə ÇAĞIRDI 

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə ÇAĞIRDI 

Hazırda oxunan: Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana ciddi təzyiq göstərməyə ÇAĞIRDI 

141303

“Məlum olduğu kimi, Ermənistan hökuməti bu ölkədən qovduğu azərbaycanlıların qayıtmasına imkan vermir və onların mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz evlərinə qayıtmasına hazırlıq məqsədilə BMT-nin missiyasını və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi üçün UNESCO-nun faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə, Ermənistan hökuməti Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir”. 

Bizim.Media xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının mətbuata açıqlamasında yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

AYB-də Qərbi Azərbaycan bölməsi fəaliyyətə başlayayacaq


Açıqlamada bildirilib ki, bu azmış kimi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir.

Bu ölkənin Xarici İşlər Nazirliyi bu gün Azərbaycana hansısa missiyanın göndərilməsinə dair çağırış etmiş və Azərbaycanı etnik təmizləmə aparmaq niyyətində olmaqda ittiham etmişdir. 

Beynəlxalq hüququn prinsiplərinə, o cümlədən ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşdığını dəfələrlə bəyan etmiş İcmamızın dialoq çağırışına cavab verməyən və öz ərazisində bir nəfər də olsun azərbaycanlı qoymamış Ermənistan hökumətinin Azərbaycan tərəfinin etnik təmizləmə niyyətində olması kimi absurd iddia irəli sürməsi və insan hüquqlarından danışması ən mənfur riyakarlıqdır.

Bütün bunlar Ermənistanın Azərbaycanafob siyasətini və Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir. 

Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi, qovduğu azərbaycanlıların beynəlxalq verifikasiya və zəmanət mexanizmləri çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağı, bu məqsədlə BMT və UNESCO-nun missiyalarını qəbul etməyi tələb edir. 

İcma, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO