"Zəngəzur dəhlizi məsələsini sürətlə həll etməyimiz bizə iki önəmli imkan qazandıracaq".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.
Onun sözlərinə görə, bu dəhliz üzərindən həm quru, həm də dəmir yolu açılacaq:
“Naxçıvandan gediş-gəliş hesabına Türkiyənin Azərbaycanla əlaqələri çox güclü olacaq. Yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz, mədəniyyəti əldə etmisiniz. Əgər yol yoxdursa, heç nə yoxdur”.
“Hazırda Azərbaycanın xüsusilə müharibədən sonra infrastruktur məsələsində həssaslıqla üzərində durduğu ən önəmli mövzu yollardır. Bundan öncəki gəlişimdə də gördüm, bütün tunellər Azərbaycanın həm birinci, həm də ikinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini, necə inkşaf etməkdə olduğunu ən gözəlk şəkildə ortaya qoyur. Təbii ki, bunları gördükcə biz iftixar hissi keçiririk”, - deyə Türkiyə Prezidenti əlavə edib.
- A-
- A
- A+
Siyasət
16:06 / 13.06.2023
Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Hazırda oxunan: Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
141256
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.