Ərdoğan:

Ərdoğan: "Bir millət, iki dövlət kimi yolumuza davam edəcəyik" - VİDEO

Hazırda oxunan: Ərdoğan: "Bir millət, iki dövlət kimi yolumuza davam edəcəyik" - VİDEO

141233

Türkiyədə prezident seçkiləri dünyada müstəsna deyəcəyimiz bir seçki olub. Millətimin dəstəyi ilə bu seçkidə qalib olmağımıza, seçkilərdən sonra Şimali Kiprə və Azərbaycana səfərimizə görə çox xoşbəxtik.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatda bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Zəngəzur dəhlizinin açılması qaçılmazdır”


Rəcəb Tayyib Ərdoğan deyib ki, öz evimizdəyik:

“İkitərəfli və çoxtərəfli görüş keçirdik. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza qərarlı şəkildə davam edəcəyik. Prezident seçkilərindən sonra mərasimdə Prezident İlham Əliyevin birinci xanımla birgə iştirakı dünyaya bir mesajdır. Mən də həyat yoldaşımla Azərbaycana səfərə gəlmişəm”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO