Alen Simonyan: “Kommunikasiyaların açılması baxımından Bakı ilə anlaşma əldə olunub

Alen Simonyan: “Kommunikasiyaların açılması baxımından Bakı ilə anlaşma əldə olunub"

Hazırda oxunan: Alen Simonyan: “Kommunikasiyaların açılması baxımından Bakı ilə anlaşma əldə olunub"

141225

Kommunikasiyaların açılması baxımından Bakı ilə ümumi anlaşma əldə olunub.

Bizim.Media "Sputnik Armenia" nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, lakin yüklərin hansı yolla, hansı prosedurlarla aparılması məsələsi həllini tapmayıb:

"Azərbaycan tərəfi istəyir ki, Ermənistan vasitəsilə Naxçıvana tranzit sadələşdirilmiş prosedura uyğun olmalıdır. Bakı Naxçıvana gedən marşrutu üçüncü ölkəyə marşrut kimi qəbul etmir, yüngül rejimin olmasını israr edir. Naxçıvandan keçməklə Zəngəzura gedərkən Ermənistan üçün də analoji rejim işləməlidir".

O, əlavə edib ki, Ermənistan uzunmüddətli sülhə can atır:

"Açılan istənilən kommunikasiya sülh şəraitində fəaliyyət göstərməlidir. Ancaq müharibə məntiqində yaşamağa davam etsək, açılan bu yolların heç bir mənası olmayacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO