Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

Hazırda oxunan: Ərdoğan Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

141200

Azərbaycan Respublikasında dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib. 

Bizim.Media xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ - FOTO


Prezident Rəcəb Tayyib Ərdoğan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. 

Sonra Türkiyə Prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb. 

Ali qonaq Xatirə kitabına ürək sözlərini yazıb. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO