Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK

Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK

Hazırda oxunan: Ərdoğan sabah Azərbaycana səfər EDƏCƏK

140970

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Ərdoğan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarla görüşəcək. Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı çıxış edəcəyi gözlənilir. 

Qeyd olunub ki, Türkiyə liderinin xaricə səfərləri bu gündən başlayır. Həmçinin əlavə olunub ki, Ərdoğan sabah Azərbaycana səfər edəcək. 
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini müzakirə edəcəklər. 

Azərbaycan və Türkiyə Prezidentləri həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. 

Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO