Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfinə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundovun həbs müddətini uzadıb.
Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Hüseyn Axundovun həbs müddəti daha 3 ay uzadılıb.
Qeyd edilib ki, bu barədə məhkəmə prosesi qapalı keçirilib, jurnalistlərin məhkəmə zalına girişinə icazə verilməyib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Daha sonra Zəngəzur (Sünik) rayon ümumi yurisdiksiya məhkəməsi Aqşin Bəbirovu 11 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov indiyədək Ermənistan ərazisində saxlanılır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:47 / 09.06.2023
Ermənistan məhkəməsi əsir saxlanılan əsgərimizin həbs müddətini UZATDI
Hazırda oxunan: Ermənistan məhkəməsi əsir saxlanılan əsgərimizin həbs müddətini UZATDI
Hazırda oxunan: Ermənistan məhkəməsi əsir saxlanılan əsgərimizin həbs müddətini UZATDI
140683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.