Ceyhun Bayramov Toivo Klaarla Ermənistanla normallaşma prosesini MÜZAKİRƏ ETDİ - FOTO

Ceyhun Bayramov Toivo Klaarla Ermənistanla normallaşma prosesini MÜZAKİRƏ ETDİ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Toivo Klaarla Ermənistanla normallaşma prosesini MÜZAKİRƏ ETDİ - FOTO

140628

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib. 

Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. 

Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. 
Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO