Əli Əsədov Soçidə kubalı həmkarı ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ

Əli Əsədov Soçidə kubalı həmkarı ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Əli Əsədov Soçidə kubalı həmkarı ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsini MÜZAKİRƏ ETDİ

140490

Rusiya Federasiyasının Soçi şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Kuba Respublikasının Baş naziri Manuel Marrero Krus ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. 

Görüşdə iki ölkə arasında fəal siyasi dialoqun qurulduğu qeyd olunub, yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin vacibliyi vurğulanıb. 

Azərbaycanın və Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub. 

Hökumət başçıları iki ölkə arasında iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO