Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər.
Bu barədə Bizim.Media-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Səfərdə deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.
Səfər iyunun 17-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:26 / 08.06.2023
Milli Məclisin deputatları ABŞ-a səfər EDƏCƏKLƏR
Hazırda oxunan: Milli Məclisin deputatları ABŞ-a səfər EDƏCƏKLƏR
Hazırda oxunan: Milli Məclisin deputatları ABŞ-a səfər EDƏCƏKLƏR
140400
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.