Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb

Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb

Hazırda oxunan: Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb

140341

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir: 

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qərara alıram: 

1. Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılsın: 

Komissiyanın sədri 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri 

Komissiyanın üzvləri: 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsi müdirinin müavini 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi 

2. Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO