"Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır"
Bizim.Media xəbər verir ki, bu barədə Amerika Xarici Siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Eliot Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda bugünkü beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müharibədən sonra Azərbaycan Qarabağda bir çox infrastruktur layihələri başa çatdırıb.
“Burada iqtisadiyyat, həyat sürətlə dirçəlir və insanlar öz doğma torpaqlarına qayıdır. Digər önəmli bir məsələ isə Azərbaycan və Ermənistan arasında sülh prosesidir. Azərbaycan və Ermənistan xalqları arasında sülh təmin olunmalıdır. Biz bu prosesə dəstək olmağa davam edəcəyik”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Şuşada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda tədbir keçirilir.
Tədbirdə 30-a qədər sabiq dövlət və hökumət başçısı iştirak edir.
Beynəlxalq tədbir çərçivəsində keçirələcək panellərdə enerji, iqtisadiyyat, ətraf mühit və kapital, mədəni irs mövzularında müzakirələr aparılacaq.
İki gün davam edəcək tədbirin ilk günü Şuşada, növbəti günü Gəncədə baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:23 / 07.06.2023
"Azərbaycan-Ermənistan arasında sülh təmin olunmalıdır" - Suzan Eliot
Hazırda oxunan: "Azərbaycan-Ermənistan arasında sülh təmin olunmalıdır" - Suzan Eliot
Hazırda oxunan: "Azərbaycan-Ermənistan arasında sülh təmin olunmalıdır" - Suzan Eliot
140173
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.