“Fransada yarım milyondan çox türk vətəndaşı yaşayır. Türkiyədə 1500-ə yaxın Fransa maliyyəsi olan iqtisadi subyektlər çalışır. İki ölkə arasında yaranan soyuqluq bu şirkətlərin gələcəyini sual atında saxlayacaq. Ancaq Makron kimdir ki, hansısa ölkəyə və ya rəhbərə diqtə etsin”.
Politoloq İlqar Vəlizadə Fransanın Türkiyədəki səfirini geri çağırması xəbərini Bizim.Media-ya şərh edərkən belə deyib. İlqar Mirzəyev düşünür ki, belə davam edərsə Fransa Türkiyə kimi bazarı itirəcək. Eyni zamanda Yaxın Şərqdə öz dayaqlarını zəyiflədə bilər.
Ekspert, həmçinin Türkiyə üçün də Fransanı vacib iqtisadi tərəfdaş hesab edir: “ Yaranan soyuqluq Türkiyənin Avropa İttifaqı ilə əlaqələrinə də təsirsiz ötüşməyəcək. Burada bir məqam var ki, Makronun siyasətinin ən böyük ziyanını Fransanın özü çəkəcək.”
İlqar Mirzəyev hesab edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Makron haqqında dediyi fikirlər çox güman ki, onun xətrinə dəyib, o da səfirini geri çağırıb:
“İndiki dövrdə Fransa- Türkiyə əlaqələri çoxşaxəlidir. Makronun Türkiyə və digər İslam ölkələri ilə problemi bəlli hadisədən sonra başlayıb. Buna görə də İslam ölkələri Fransanın siyasətindən narazıdır. İran da səfirini geri çağırdı. Birləşmiş Ərəb Əmirlikləri açıq şəkildə Fransaya etirazlarını bildirir. Həmçinin Makronun apardığı siyasət Avropa İttifaqına da xələl gətirir. Onun İslam ailəmi ilə olan “krizi”nin davam etməsi daxili siyasətinə də təsir edəcək. Fransada İslam ölkəsinin nümayəndələri olan rəhbər şəxslər onu şıxışdıracaqlar. Fransa rəhbəri ya öz siyasətindən çəkinməli, ya da İslam aləmindən üzr istəməlidir”.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:05 / 27.10.2020
" Fransa İslam aləmindən üzr istəməlidir "- Politoloq
Hazırda oxunan: " Fransa İslam aləmindən üzr istəməlidir "- Politoloq
Hazırda oxunan: " Fransa İslam aləmindən üzr istəməlidir "- Politoloq
1401
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.