Bu ölkə liderləri İlham Əliyevi təbrik etdilər

Bu ölkə liderləri İlham Əliyevi təbrik etdilər

Hazırda oxunan: Bu ölkə liderləri İlham Əliyevi təbrik etdilər

140070

Monqolustan lideri Uxnaaqiyn Xürelsüx, Dominikan Respublikasının Prezidenti Luis Abinader və İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx tərəfindən ünvanlanan məktubda deyilir: 

"Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 

Məmnunluqla bildirirəm ki, birgə səylərimiz sayəsində qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığımız müxtəlif sahələrdə daha da güclənir. Həmçinin inanıram ki, ikitərəfli əməkdaşlıq kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində də genişlənərək daha da möhkəmlənəcəkdir. 

Bu fürsətdən istifadə edərək, Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm. 

Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına isə rifah arzulayıram". 

Dominikan Respublikasının Prezidenti Luis Abinaderin təbrik məktubunda deyilir: 

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. 

Eyni zamanda, qardaş Azərbaycan xalqına firavanlıq və rifah arzulayıram". 

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ünvanladığı təbrik məktubunda deyilir: 

"Əs-səlamu aleykum va rahmatullahi va barakatuhu. 

Dost Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və uğurlar, dost xalqınıza davamlı tərəqqi və firavanlıq arzulayıram. 
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında münasibətləri möhkəmləndirmək, birgə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğumu vurğulayıram". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO