Qeydiyyat üçün son BİR AY – REAL və Pənah Hüseynin partiyalarını NƏ GÖZLƏYİR?

Qeydiyyat üçün son BİR AY – REAL və Pənah Hüseynin partiyalarını NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Qeydiyyat üçün son BİR AY – REAL və Pənah Hüseynin partiyalarını NƏ GÖZLƏYİR?

140047

Siyasi partiyalar haqqında yeni qanuna müvafiq olaraq Azərbaycanda siyasi təşkilatlar daxilində son aylar müəyyən canlanma tendensiyası müşahidə edilir. Bu da partiyaların qeydə alınması üçün ən azı 5 min üzvün olması ilə əlaqədardır. 

İyulun 10-dək partiyalar bu məsələni həll etməlidirlər. Artıq bəzi partiyalar lazım olan sayda üzv toplaya biliblər. Amma bir sıra digər partiyalarda hələ də bu istiqamətdə işlər davam edir.

Lazımi üzv sayını toplamaqları sual altında olan partiyalar siyahısında Respublikaçı Alternativ və Azərbaycan Xalq Partiyaları da var. 

Bizim.Media-ya açıqlamasında AXP sədri Pənah Hüseyn bildirib ki, iyunun sonuna doğru reyestri təqdim edəcəklər: 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni qanunun QURBANLARI – Son 2 ayda fəaliyyətini dayandıran 18 PARTİYA – SİYAHI 


“Prosesi başa çatdırmaq üzrəyik. Minimum 5 min üzvün olması lazımdır. Bu ayın sonunda reyestri təqdim edəcəyik. Təqdim edəcəyiksə, deməli qanunda nəzərdə tutulan qədər üzv sayımız olacaq”.

REAL-ın icra katibi Natiq Cəfərli də yaxın günlərdə sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəklərini deyir:

“Proses tamamlanıb. Bu müddət ərzində 20-dən çox regiona səfər etdik. Bu səfərlər nəticəsində artıq 5 mindən çox üzv sayı toplamışıq. İndi siyahıların dəqiqləşdirilməsi və Ədliyyə Nazirliyinə göndərilməsi üçün müraciət formalarının doldurulması ilə məşğuluq. Güman ki, bu gün, sabah o da bitəcək. Belədə yaxın günlərdə sənədləri Ədliyyə Nazirliyinə göndərəcəyik”. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO