Paşinyanın müavini Aİ rəsmisi ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə etdi - FOTO

Paşinyanın müavini Aİ rəsmisi ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə etdi - FOTO

Hazırda oxunan: Paşinyanın müavini Aİ rəsmisi ilə Arazdəyən-Horadiz dəmir yolunu müzakirə etdi - FOTO

140017

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bu gün İrəvan şəhərində  regiondakı vəziyyəti müzakirə ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Həmsöhbətlər xüsusilə Arazdəyən-Culfa-Meğri-Horadiz marşrutu ilə dəmir yolu əlaqəsinin təşkili və bərpası məsələlərini müzakirə ediblər.

Mqer Qriqoryan və Toivo Klaar delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının gələcək işi ilə bağlı məsələləri də nəzərdən keçiriblər.

Görüşdə Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, səfir Andrea Viktorin iştirak edib.

Qeyd edək ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar daha sonra Azərbaycana gələcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO