"Hakimiyyət bildirir ki, Qarabağla bağlı danışıqlar aparılmamalıdır. Bu isə gələcəkdə Ermənistan üçün ciddi başağrısı yaradacaq".
Bizim.Media xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan news.am nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Ermənistandan 50 milyard dollar məbləğində təzminat tələb edəcək.
“Beləliklə, o, (Nikol Paşinyanı nəzərdə tutur) Qarabağı və “anklavlar”ı Azərbaycana verir. Ola bilsin ki, rəsmi Bakı Zəngəzur dəhlizini də öz yurisdiksiyasına verilməsini tələb edəcək”, - deyə politoloq qeyd edib.
Arqişti Kiviryanın fikrincə, Ermənistan Təhlükəsizlik Şurasının katibi son açıqlamaları ilə Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır.
“Ermənistanda ayıq qüvvələr hakimiyyətə gəldikdən sonra araşdırma aparmaq lazımdır ki, bu adamlar kimin maraqlarını təmsil edir və nəyin bahasına olursa-olsun regionda rəqiblərinin sayını artırmaq istəyirlər.
Paşinyanın seçdiyi yol real dünyaya aparmır. Əvvəldən bu, aydın idi və zaman keçdikcə daha da aydınlaşır. Hamı başa düşür ki, sülh yalnız o zaman təmin oluna bilər ki, dövlətçilik və təhlükəsizlik sistemi gücləndirilsin. Əks halda bu, sülh deyil, müharibə elanıdır. Ermənistan hakimiyyətinin indiki siyasəti Azərbaycanı yeni müharibəyə başlamağa sövq edir”, - Kiviryan vurğulayıb.
“Paşinyan hansı mövzu ətrafında danışıqlar apardığını bilmir. Sovet xəritələrindən danışır. Azərbaycan Sovet Azərbaycanının deyil, 1918-ci ildə yaradılan ADR-in (Azərbaycan Demokratik Respublikası) hüquqi varisidir.
Müasir Azərbaycan o dövrün xəritələrinə görə ən azı Zəngəzuru, Göyçə mahalının yarısını, hətta Paşinyanın doğulduğu Karvansaray (indiki İcevan) şəhərinə də iddia edir. Bu, Azərbaycanın strateji hədəfləridir. Paşinyan və komandası belə bir fikrin daşıyıcısıdır ki, Ermənistan öz tələblərindən əl çəksə, rəqibləri də öz tələblərindən əl çəkəcəklər. Amma həyat göstərdi ki, bu ideya əsassızdır. Onlar öz tələblərindən əl çəkməyəcəklər”.
Kiviryan hesab edir ki, Ermənistan Ərdoğanın andiçmə mərasimində Xarici İşlər Nazirliyi səviyyəsində təmsil olunmalı idi:
“Ermənistan hakimiyyətinin siyasəti nəticəsində ölkə Azərbaycanın əlavəsinə çevrilib. Ona görə də Ankaradakı inauqurasiya zamanı Paşinyan İlham Əliyevin arxasında yerləşdirilib".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:10 / 06.06.2023
Azərbaycan Ermənistandan 50 milyard dollar tələb edəcək - Erməni politoloq
Hazırda oxunan: Azərbaycan Ermənistandan 50 milyard dollar tələb edəcək - Erməni politoloq
Hazırda oxunan: Azərbaycan Ermənistandan 50 milyard dollar tələb edəcək - Erməni politoloq
139983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.