Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İran İslam Respublikasında təmsilçiliyi çox məhduddur.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:
"Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması - ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi.
Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi.
Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:28 / 05.06.2023
"İranda həbs edilən Fərid Səfərli ilə görüş üçün iş aparılır" - Nazir
Hazırda oxunan: "İranda həbs edilən Fərid Səfərli ilə görüş üçün iş aparılır" - Nazir
Hazırda oxunan: "İranda həbs edilən Fərid Səfərli ilə görüş üçün iş aparılır" - Nazir
139769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.