"Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı".
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
“Nəhayət beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı.
Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub.
Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan rəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub.
Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil”, - nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:57 / 05.06.2023
\"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır\" - Nazir
Hazırda oxunan: \"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır\" - Nazir
Hazırda oxunan: \"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır\" - Nazir
139756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.