Paşinyanın Türkiyə səfərinin Ermənistanda yaratdığı EFFEKT – “Ermənilər anlayırlar ki...”

Paşinyanın Türkiyə səfərinin Ermənistanda yaratdığı EFFEKT – “Ermənilər anlayırlar ki...”

Hazırda oxunan: Paşinyanın Türkiyə səfərinin Ermənistanda yaratdığı EFFEKT – “Ermənilər anlayırlar ki...”

139753

İyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğanın prezident kimi növbəti andiçmə mərasiminə qatıldı. Bu bir qədər təəccüblü görünsə də gözlənilən idi. Paşinyan Türkiyəyə səfər etməklə iki məsələni hədəfləmişdi.

Birincisi, Paşinyan bu səfəri ilə ermənilərin və xarici qüvvələrin nəbzini yoxlamaq istəyirdi. Paşinyan bu səfəri ilə  erməni xalqının və xarici dövlətlərin Ermənistanın Türkiyə, dolayısı ilə Azərbaycanla yaxınlaşmaya münasibətini öyrənmiş oldu. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan qonaqların siyahısında Paşinyanın adını çəkməyib


Bəlli oldu ki, radikal ünsürlər və xarici güclərə bağlı olan siyasətçilərdən başqa heç kim Paşinyanın bu səfərinə qeyzlənmədi. Xalq isə, ümumiyyətlə, bu məsələyə loyal münasibət sərgilədi. Xarici ölkələrdən, hətta İran və Fransadan bu səfərə qarşı hansısa bir etiraz olmadı.

Bunu bilmək və növbəti addımları müəyyən etmək üçün təbii ki, Paşinyana bu səfər çox vacib idi.

İkincisi, Paşinyan Türkiyəyə səfər etməklə bütün dünyaya göstərmək istədi ki, guya Ermənistan davamlı sülhə və qonşularla dinc yanaşı yaşamaqda maraqlıdır. Bu isə Paşinyanın siyasi manipulyasiyası və erməni xisləti ilə bağlı idi.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən politoloq Tural İsmayılovun sözlərinə görə, artıq erməni cəmiyyəti anlayır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa yolu qalmayıb:

“Bu mənada Paşinyanın Ərdoğanın andiçmə mərasiminə qatılması Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri baxımından əlamətdar hadisədir. Ölkələr arası münasibətlərin tənzimlənməsi baxımından bu səfər çox əhəmiyyətlidir. Əslində Paşinyanın qarşısında tarixi bir missiya dayanıb. O öz sələflərindən fərqli olaraq sülh üçün ortaya iradə qoya bilər və 2 əsr davam edən sərsəm iddiaları sonlandıra bilər. Bunu etməyib siyasi manipulyasiyalarını davam etdirsə, onda bu bölgəyə yeni gərginlik gətirəcək”.

Politoloqun fikrincə, erməni cəmiyyəti çox yaxşı başa düşür ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan normal dövlət kimi inkişaf etməsi qeyri-mümkündür:

“Bu gün Ermənistan xarici güclərin əlində oyuncağa çevrilib. Ermənilər də bunun fərqindədir. Baxmayaraq ki, “Hayastan” fraksiyası və Rusiya yönümlü müxalifət Paşinyanın Türkiyə səfərini gözdən salmaq üçün bir sıra təxribatçı çıxışlar etdilər. Lakin, ümumi erməni cəmiyyəti Paşinyanın bu səfərinə susqunluqla yanaşdı. Bu da onu göstərir ki, sadə xalq artıq siyasi çəkişmələrdən və böyük güclərin əlində oyuncağa çevrilməkdən bezib. İndi hər şey Paşinyanın atacağı növbəti addımdan asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO