Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hulusi Akara minnətdarlıq məktubu göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Məktubda deyilir:
"Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.
Siz daima Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daima mənəvi dəstək olmusunuz.
Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.
Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.
Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram."
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:58 / 04.06.2023
Zakir Həsənovdan Akara: “Həmişə Azərbaycanı sevmisiniz”
Hazırda oxunan: Zakir Həsənovdan Akara: “Həmişə Azərbaycanı sevmisiniz”
Hazırda oxunan: Zakir Həsənovdan Akara: “Həmişə Azərbaycanı sevmisiniz”
139602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.