Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir, İlham Əliyev də tədbirdədir -  VİDEO/YENİLƏNİB

Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir, İlham Əliyev də tədbirdədir -  VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir, İlham Əliyev də tədbirdədir -  VİDEO/YENİLƏNİB

139548

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edirlər. 

*** 18:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə Ankaranın Beştəpə rayonunda yerləşən “Külliye” prezident iqamətgahına gəlib. 

Bizim.Media xəbər verir ki, orada Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi keçirilir.   

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanın andiçmə mərasimi KEÇİRİLİR - CANLI


Mərasimdə 21 dövlət başçısı, 13 Baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Bu gün Ankaraya işgüzar səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da sözügedən mərasimində iştirak edirlər.  

Qeyd edək ki, mərasimdən Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO