“Füzulinin Mərdinli kəndinə gəlməyimizin əsas səbəblərindən biri kəndin dağıdılması ilə yanaşı bu kənddəki tarixi məscidin məhv edilməsini göstərməkdir”.
Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinə Ermənistanın törətdiyi dağıntılar barədə məlumat verərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev diplomatların Qarabağa səfəri ilə bağlı tvit yazdı
Onun sözlərinə görə, Mərdinli kəndinə yerləşən məsciddən heyvanların, donuzların saxlanması üçün istifadə edilib.
“Bütün bunlar vandalizmin göstəricisidir. Məscidin dağıdılması ilə yanaşı onun təhqir edilməsi düşünürəm ki, bütün dinlərdə qəbuledilməzdir. Bu, Azərbaycan xalqına, həmçinin müsəlmanların hisslərinə təhqirdir.
Digər ərazilər kimi bu kəndin ərazisi də piyadalar və tank əleyhinə minalarla kütləvi şəkildə çirkləndirilib.
Ərazilərin təmizlənməsi üçün ANAMA tərəfindən işlər aparılır, lakin 10 noyabr bəyanatından bu günə kimi 50-dən çox azərbaycanlı mülki şəxs və hərbçi bu minaların qurbanları olub”.
Bizim.Media