Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə hərbi əməkdaşlığı müzakirə edib

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə hərbi əməkdaşlığı müzakirə edib

Hazırda oxunan: Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə hərbi əməkdaşlığı müzakirə edib

139413

İyunun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Tərəflər iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. 

Telefon danışığı zamanı həmçinin Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO