İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib

İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib

Hazırda oxunan: İlham Əliyev Maya Sandunu Azərbaycana dəvət edib

138995

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, əvvəlcə birgə foto çəkdirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Moldovada səfərdədir - FOTO


Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib. 

“Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirib. 

Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edilib, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub, əlaqələrimizin perspektivləri müzakirə olunub. 

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib. 

Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb. 

Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib. 

Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib. 

Dəvət məmnunluqla qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO