Metyu Brayza: “Ermənilərin ən yaxşı seçimi İlham Əliyevin təkliflərini qəbul etmək olardı” - ÖZƏL

Metyu Brayza: “Ermənilərin ən yaxşı seçimi İlham Əliyevin təkliflərini qəbul etmək olardı” - ÖZƏL

Hazırda oxunan: Metyu Brayza: “Ermənilərin ən yaxşı seçimi İlham Əliyevin təkliflərini qəbul etmək olardı” - ÖZƏL

13899

“Mən Cənab İlham Əliyevın hər zamanki kimi möhtəşəm liderlik göstərmək qabiliyyətini qeyd etmək istərdim. Onun 4 dildə, dörd saatlıq mətbuat konfransı keçirməsi bunun əyani göstəricisidir. O, dünyanın bütün media nümayəndələrinin suallarına dəqiq, səlis cavab verməklə dünyanı bir daha özünə heyran qoydu”.

Bu fikirləri ABŞ-ın Azərbaycanakı keçmiş səfiri Metyu Brayza Bizim.Media-ya Qarabağda və Ermənistanda cərəyan edən son hadisələrə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Azərbaycanın dövlət başçısı hadisələrə düzgün və dərhal qiymət verməyi bacaran bir siyasi liderdir.

Keçmiş səfir ermənilərin son dövürlər atdıqları addımları şərh edərək deyib ki, Ermənistan məğlubiyyətin şokundan hələ ayıla bilməyib: 

“Düşünürəm ki, erməni cəmiyyətinə və diasporuna məğlubiyyətlərini həzm etmək üçün bir müddət vaxt lazımdır. Hazırda Ermənistanda baş verən siyasi böhran onu göstərir ki, Paşinyan tezliklə  müxalifətlə növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gəlməlidir”.
 

Politoloq bildirib ki, Prezident İlham Əliyev dəfələrlə azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduqlarını təkrar edib.


Onun sözlərinə görə, Azərbaycanın məqsədi Qarabağ ermənilərinin oradan getməsi deyil, əksinə ordaki ermənilərlə əvvəlki kimi, sülh şəraitində yaşamasıdır.

“Prezident həmçinin azərbaycanlıların erməni xalqı ilə birgə yaşamağa hazır olduqlarını müharibə vaxtı da tez-tez qeyd edirdi. O, davamlı olaraq Azərbaycanın Ermənistanla iqtisadi və digər sahələrdə əməkdaşlıq etməyə hazır olmasını da vurğulayır. Hesab edirəm ermənilər gələcəklərini təmin etmək üçün ən yaxşı seçimi İham Əliyevin təkliflərini qəbul etmək olardı”.

Cənab Brayza Amerikalı jurnalist Patrik Lankasterin erməni silahlı dəstələrinin gizli şəkildə Qarabağa yerləşdirilməsi haqqında yaydığı reportajdakı məlumatları şərh edərkən qeyd edib ki, ermənilər qəsdən 10 noyabr sülh bəyannaməsini pozmaq istəsələr, adekvat cavabla üzləşəcəklər və bu Azərbaycanın suveren hüququdur: 
 

“Azərbaycan ərazilərində heç bir erməni silahlı qüvvələri qalmamalıdır. Bəyannamədə də qeyd edildiyi kimi rus sülhməramlıları sərhədə yerləşdirilən gündən erməni silahlı qüvvələri dərhal ərazini tərk etməlidir.


Düşünürəm ki, əgər ermənilər 10 noyabr sazişinə riayət etməsələr, Azərbaycan dərhal buna reaksiya verəcək. Bununla bərabər Azərbaycanın öz ərazilərini qorumaq üçün lazımi addımları atmaq, hətta lazım gələrsə təhlükələri dərhal məhv etmək hüququ var”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO