İsrail Prezidenti Azərbaycanda – İki ölkə arasında əməkdaşlığın GƏLƏCƏYİ

İsrail Prezidenti Azərbaycanda – İki ölkə arasında əməkdaşlığın GƏLƏCƏYİ

Hazırda oxunan: İsrail Prezidenti Azərbaycanda – İki ölkə arasında əməkdaşlığın GƏLƏCƏYİ

138892

Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İshak Hersoq Azərbaycana iki günlük rəsmi səfərə gəlib. Hersoqun Azərbaycanda ilk görüşü Prezident İlham Əliyevlə baş tutub. 

Onlar müxtəlif ikitərəfli və regional məsələləri müzakirə ediblər. İlham Əliyev ticarət, energetika və təhlükəsizlik kimi sahələrdə gələcək əməkdaşlığın potensialından danışıb. Hersoq həmçinin İlham Əliyevi İsrailə səfərə dəvət edib. 

Bundan sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. 

Qeyd edək ki, iki ay əvvəl İsraildə Azərbaycan səfirliyi açılıb. Həmin ərəfədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Təl-Əvivdə səfərdə olub. Ardınca İsrailin XİN rəhbəri Bakıya gəlib. İndi isə İsrail Prezidenti ölkəmizdədir.  

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirir ki, Təl-Əvivin Azərbaycanın olduğu regionda nüfuzlu oyunçu olmaq istəyir və bu mənada Bakıya xüsusi önəm verir:
 

MÖVZU İLƏ BAĞLI:

İsxak Hersoq: “İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün dəyərdir”


“İki ay bundan öncə Azərbaycanın Təl-Əvivdə səfirliyi açılıb. Səfirlik açılandan fikirlər səslənir ki, ikitərəfli münasibətlər intensivləşməlidir. Səfirliyin açılması da buna əlavə imkanlar yaradır.

Səfirliyin açılmasını bəzi hallarda Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsilə əlaqələndirirlər. Amma əslində burada daha strateji məqsədlər var. 

Ona görə də səfirliyin açılmasını Bakı ilə Tehran arasında münasibətlərin gərginləşməsilə əlaqələndirmək düzgün deyil. Səfirliyin açılmasından iki həftə sonra İsrailin xarici işlər naziri Bakıda oldu. Həmin ərəfədə Azərbaycan-Israil ikitərəfli hökumətlərarası müştərək kommisiyasının iclası baş tutur. Nəticədə münasibətlərdə yeni istiqamətlər müəyyən olundu.

İndi də İsrail Prezidenti ölkəmizdədir. Bu ondan xəbər verir ki, iki ölkə arasında dialoq mühiti artıq aktiv şəkildə genişlənir. İsrail vacib və mühüm Yaxın Şərq ölkəsidir. Onun ümumdaxili məhsulu yarım trilyon dollara çatır”. 

Ekspert qeyd edir ki, Azərbaycanla əlaqələrini genişləndirməsi İsrailin xarici siyasi prioritetinin regionumuza daşınması və möhkəmləndirilməsinə hesablanmış addımdır:

“Azərbaycan da İsrail üçün həm regional baxımdan, həm də türk dilli ölkələr çərçivəsində vacib tərəfdaşdır. İsrail regionumuz üçün nüfuzlu oyunçu olmaq istəyir. Bu mənada da ona tərəfdaşlar lazımdır. Belə olan halda Azərbaycan, Mərkəzi Asiya ölkələri onun üçün bir meydandır. Azərbaycan isə türkdilli ölkələrə bir çıxış qapısıdır. Azərbaycan-İsrail münasibətləri regional geosiyasi faktora çevrilməkdədir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO