Ermənistanla dialoqun KİŞİNYOV RAUNDU – Hansı razılıq əldə olunacaq?

Ermənistanla dialoqun KİŞİNYOV RAUNDU – Hansı razılıq əldə olunacaq?

Hazırda oxunan: Ermənistanla dialoqun KİŞİNYOV RAUNDU – Hansı razılıq əldə olunacaq?

138889

İyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin Sammiti keçiriləcək. Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçiriləcəyi bildirilir. 

Yayılan xəbərlərə görə, liderlərin bu dəfəki görüşü dördlük formatında baş tutacaq. Çünki, Fransa və Almaniya prezidentlərinin də bu görüşə qatılacağı deyilir.

Son 20 gündə Azərbaycan və Ermənistan liderlərinin sayca 3-cü olacaq bu görüşündən hansı nəticələri gözləmək olar?
 

MÖVZU İLƏ BAĞLI:

Kişinyovda Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa Şurası rəhbərləri bir ARAYA GƏLƏCƏK


Təbii ki, istənilən sülh danışığı təqdirəlayiq hadisədir. Və bu danışıqlar ən azından müharibənin yenidən alovlanacağı ehtimallarını aradan qaldırır. Lakin, vasitəçilərin öz aralarındakı soyuq münasibətləri və bir-birinə güzəştə getməmək prinsipi çox zaman sülh danışıqlarına dalana dirəyir. Sirr deyil ki, Qərb Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh sazişində əsas söz sahibi olmaq istəyir. Və arzulayır ki, Rusiya bu proseslərdən kənarda qalsın. 

Rusiya isə Cənubi Qafqaza özünün “arxa bağça”sı kimi baxır. Və Kreml nə qədər ki ayaqdadır, bölgəyə Qərbin girməsini istəmir.

Bu məsələdə üçüncü və bəlkə də ən vacib bir faktor da var. Bu da Türkiyə faktorudur. 

Həm ABŞ, həm Aİ, həm də Rusiya Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Əgər Ermənistanla Azərbaycan arasında sül, daha sonra Ermənistanla Türkiyə arasında normallaşma ilə bağlı sazişi imzalansa, o zaman bölgədə Türkiyənin nüfuzu kəskin şəkildə güclənəcək. Türkiyənin Cənubi Qafqazda əsas söz sahibi olmasını isə nəinki, yuxarıda adını çəkdiyimiz qüvvələr, heç xristian aləmi istəmir. Çünki, türk birliyi xristian aləminin qorxunc röyasıdır.

Ona görə də Brüssel və Moskva görüşlərində olduğu kimi Kişinyov görüşündən əsaslı bir irəliləyiş gözləmək yersizdir. Amma hər halda iki ölkə arasındakı problemlərin bir qisminin həllinə Kişinyov görüşündə nail oluna bilər. Əgər Qərb bunu istəsə.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirdi ki, Kişinyov görüşündən gözləntimiz fərqliliyin olması ilə bağlıdır:

“Fərqliliklərdən biri odur ki, Avropa institutları Ermənistana qarşı daha qətiyyətli olsunlar. Çünki, Ermənistanın sülh prosesindəki “şıltaqlığı”danışıqları nəticəsiz qoyub. Məhz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Moskva və Brüssel görüşlərində Ermənistana eyni rakursdan yanaşılmasının nəticəsidir.

Nə rəsmi Moskva, nə də ki, rəsmi Brüssel Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etmir. 

Bu mənada Kişinyov görüşündən ən böyük gözləntim odur ki, Avropa strukturları nəhayət ki, Ermənistanla onun başa düşəcəyi dildə danışsınlar. Rusiyadan fərqli olaraq Aİ heç olmasa delimitasiya və demarkasiya məsələsində Ermənistana ciddi çağırışlar etməlidir. Bu baş verməsə, Ermənistanla Azərbaycan arasında bağlanılmalı olan sülh sazişi bir qədər də gecikəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO