İsxak Hersoq: “İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün dəyərdir”

İsxak Hersoq: “İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün dəyərdir”

Hazırda oxunan: İsxak Hersoq: “İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün dəyərdir”

138796

“Azərbaycan və İsrail arasında bu yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır”. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdə Bakıda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İsrail Prezidenti: "Azərbaycanla əlaqələrimizin dərin kökləri var"


“Bu gün dostlarımızın arasında olmaq gözəldir. Bu günlərdə Azərbaycan müstəqilliyini 105-ci ildönümünü, İsrailin 75 illiyini qeyd edir. 

Bizim yaxın münasibətlərimiz yalnız ortaq maraqlara deyil, paylaşılan dəyərlərə, tarixi münasibətlərə əsaslanır”. 

Prezident çıxışında bildirib ki, Azərbaycanda yaşayan yəhudi icması təhlükəsiz mühitdə yaşayır, ölkənin ictimai siyasi həyatı da fəal iştirak edir. 

“İsrail və Azərbaycan arasında mövcud münasibətlər bütün dünya üçün dəyərdir, nümunədir”, Prezident Herzoq vurğulayıb. 

Prezident vurğulayıb ki, iki ölkə arasında əməkdaşkıq müxtəlif sahələri əhatə edir: 

“Azərbaycan səfirliyinin İsraildə açılması, mənim bu gözəl ölkəyə səfərim bu yaxın münasibətlərin əksidir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO