Mehriban Əliyeva YAP sədrinin birinci müavini seçildi

Mehriban Əliyeva YAP sədrinin birinci müavini seçildi

Hazırda oxunan: Mehriban Əliyeva YAP sədrinin birinci müavini seçildi

13879

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin əmri ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat verilib.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Qeyd edək ki, bu gün YAP-ın VII qurultayı keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO