“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
İsrail Prezidenti: "Azərbaycanla əlaqələrimizin dərin kökləri var"
Azərbaycan liderinin ona Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, Yaxın Şərqə təsiri barədə danışdığını vurğulayan İ.Hersoq deyib:
“Mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm”.
Bizim.Media