Əhalinin neçə faizi sülh danışıqlarında üçüncü ölkələrin iştirakını məqbul sayır? - SORĞU

Əhalinin neçə faizi sülh danışıqlarında üçüncü ölkələrin iştirakını məqbul sayır? - SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizi sülh danışıqlarında üçüncü ölkələrin iştirakını məqbul sayır? - SORĞU

138751

Ölkə əhalisinin 50,6%-i Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında üçüncü ölkələrin iştirakını məqbul saymır.

Bizim.Media xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan arasında münasibətlərin yaradılmasından kommunikasiyaların açılmasına qədər Brüsseldə gündəliyin kifayət qədər geniş müzakirəsi regionda sülhlə bağlı artıq beynəlxalq platformalarda siyasi yanaşma və davranış qaydalarının dəyişdiyini göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

Abutalıb Səmədov: “Sülh sazişi Azərbaycanın tələblərinin qəbul olunmasına gətirib çıxaracaq”


Sosial Tədqiqatlar Mərkəzi ölkə əhalisinin sülh prosesində çoxtərəfli görüşlərə marağını və bu görüşlərin nəticələrinə münasibəti öyrənmək üçün sorğu keçirib.

Respondentlərin 14,3%-i Rusiyanın vasitəçiliyi fonunda Moskva formatını iki ölkə arasında sülhün əldə olmasında mümkün platformalardan biri olaraq dəyərləndirib. Bu suala cavabında Vaşinqton formatını (yəni ABŞ-ın vasitəçiliyi) qeyd edən respondentlər 9,3% təşkil edib.

Maraqlıdır ki, respondentlərin 50,6%-i Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləməyinə baxmayaraq, əldə olunmasında sözügedən formatların heç birinə üstünlük vermədiyini bildirib.

Azərbaycan və Ermənistan arasında sülhün hər hansı beynəlxalq formatdan asılı olmadan da mümkünlüyü istiqamətində ictimai təsəvvürlər cəmiyyətdə sülh müqaviləsi ətrafında birbaşa təmasların dəstəkləndiyini qənaətini hasil etməyə imkan verir.
Lakin Ermənistanın hərbi təxribatlarını davam etdirməsi, sülh danışıqlarında maraqlı olmaması, zaman-zaman Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının sezilməsi bunun mümkünlüyü ehtimalını azaldır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO