Qarabağdakı “müdafiə ordusu” tərksilah edilir - Paşinyan söz verdi

Qarabağdakı “müdafiə ordusu” tərksilah edilir - Paşinyan söz verdi

Hazırda oxunan: Qarabağdakı “müdafiə ordusu” tərksilah edilir - Paşinyan söz verdi

138685

Ermənistanın baş naziri Nikol Paşinyan komandası ilə qapalı görüş keçirərək, Moskvada aparılan danışıqların bəzi təfərrüatlarını açıqlayıb və Qarabağ separatçıları üçün iki ssenari təsvir edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Mənbə qeyd edir ki, Paşinyan separatçıların öz "ordusu"na sahib olmayacağını bildirib. 

Onun sözlərinə görə, Bakı bunu prinsipial bir məsələ kimi qəbul edir: "Bu baxımdan  “müdafiə ordusu” tərksilah edilərək buraxılacaq".

Paşinyanın fikrincə, bir neçə mümkün variant var:

"Əgər Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, o zaman gözlənilməz heç nə baş verməyəcək".

Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO