Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

Hazırda oxunan: Pakistanın Baş naziri İlham Əliyevi təbrik edib

138338

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Zati-aliləri. 

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Pakistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram. 

Pakistan Azərbaycanla qardaşlıq əlaqələrini yüksək qiymətləndirir və ölkənizin suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək. Mən, həmçinin əminəm ki, ölkələrimiz arasında sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə daha da genişlənəcək. Bu baxımdan mən tezliklə gözəl ölkənizə səfər etməyi səbirsizliklə gözləyirəm. 

Mən, həmçinin bu fürsətdən istifadə edərək, müstəqil ölkənizin banisi Ulu Öndər Zati-aliləri Heydər Əliyevin bu yaxınlarda qeyd olunan yüzillik yubileyi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
İnkişaf yolunda inamla irəliləyən bugünkü Azərbaycan həqiqətən də Heydər Əliyevin arzularının real həyatda təntənəsidir. 

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, qardaş Azərbaycan xalqının davamlı tərəqqisi və firavanlığı üçün dualar edirəm. 

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.” 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO