XİN:

XİN: "Euronews”un əməkdaşlarının atəşə tutulması beynəlxalq hüquqa ziddir

Hazırda oxunan: XİN: "Euronews”un əməkdaşlarının atəşə tutulması beynəlxalq hüquqa ziddir

1383

“Euronews” mülki əhalini və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir”, - deyə nazirliyin “Twitter” hesabında qeyd olunur.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.

Bizim.Media-nın xəbərinə görə nazirlik bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumlara qadağa qoyur.

Qeyd olunub ki, “Euronews”un çəkiliş qrupunun hücuma məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir:

 “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO